GünazTV Musavat.com-a istinadla xəbər verir ki, mərkəzdə Bəşər Əsədin rejimi dövründə itkin düşən, kütləvi məzarlıqlarda aşkarlanan cəsədlərin tanınması keririləcək.
Əsəd rejimi illərində yüz mindən çox insanın itkin düşdüyü bildirilir. Təkcə kişilər və qadınlar deyil, azyaşlı uşaqların da itkin düşməsi halları var.
Suriyalı həkimlər kütləvi məzarlıqlarda qazıntılar aparır və ölənlərin kimliyini müəyyənləşdirməyə çalışırlar. Mərkəzə gətirilən sümüklərin sayı-hesabı yoxdur. Burada qurbana işgəncə verilib-verilmədiyi sualına da cavab axtarırlar.
Suriyada DNT testlərini apara bilən yalnız bir mərkəz var. Bəşər Əsəd rejimi dövründə bir çox laboratoriyalar dağıdılıb. Hazırda laboratoriya tamamilə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən maliyyələşdirilir.
Suriyanın yeni hökuməti keçmiş rejim dövründə törədilən cinayətlərin araşdırılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və “keçid dövründə ədalətin bərqərar olmasını” prioritetlərindən biri elan edib. Bəzi hesablamalara görə, 130 mindən çox insan itkin düşüb. Dəməşqin kənarında 11 qarışıq qəbiristanlıq yerləşir.
Ş.E