SON XƏBƏRLƏR

Tramp Qətərlə 1,2 trilyon dollarlıq saziş imzaladı

2025.05.15, 12:03
Tramp Qətərlə 1,2 trilyon dollarlıq saziş imzaladı

Amerika prezidenti Donald Tramp Qətər rəhbərliyi ilə dəyəri 1,2 trilyon dollardan çox olan müqavilə imzalayıb.

Gunaz.tv

GünazTV Musavat.com-a xəbər verir ki, bu barədə çərşənbə günü Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bura müdafiə sahəsində sövdələşmələr daxildir.

Amerika administrasiyası bildirib ki, bağlanan sövdələşmələr Amerikanı yeni Qızıl əsrə aparacaq.

"Bu gün Qətərdə Prezident Donald Tramp Qətər rəhbərliyi ilə iqtisadi əməkdaşlıq haqqında 1,2 trilyon dollardan çox dəyərdə saziş imzalayıb", - Ağ Evin saytında deyilir.

Ağ Ev hesab edir ki, imzalanmış sazişlər gələcək nəsillər üçün innovasiya və rifahı təşviq edəcək, Amerika istehsalı və texnologiya liderliyini gücləndirəcək.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar