SON XƏBƏRLƏR

Suriya ilə Birləşmiş Ərəb Əmirlikləri RAZILAŞDI!

2025.05.16, 13:51
Suriya ilə Birləşmiş Ərəb Əmirlikləri RAZILAŞDI!

Suriya Tartus limanı üçün 800 milyon dollarlıq müqavilə imzalayıb

Gunaz.tv

Suriya ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Tartus limanı üçün 800 milyon dollarlıq müqavilə imzalanıb. Qeyd edək ki, iki ölkə arasında imzalanmış müqavilə özündə Tartus limanında çoxməqsədli terminalın inkişafını, idarə edilməsini və istismarını ehtiva edir.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, razılaşma Suriyanın Limanlar və Sərhəd Qapıları Baş İdarəsi ilə Birləşmiş Ərəb Əmirliklərində yerləşən bir şirkət arasında imzalanıb.

İnvestisiya Tartus Limanının infrastrukturunun modernləşdirilməsi və kommersiya potensialının artırılması məqsədi daşıyır.

Xatırladaq ki, Rusiyanın Suriyanın Tartus bölgəsində hərbi dəniz bazası var. Rusiya 2019-cu ilin aprelində Suriyanın devrilmiş prezidenti Bəşər Əsədlə Tartus limanı üçün 49 illik icarə müqaviləsi imzalayıb. “Stroytransgaz” ilə müqavilə 49 il ərzində limanın idarə olunması və modernləşdirilməsinə 500 milyon dollardan çox investisiya yatırılmasını nəzərdə tuturdu.

Suriyada hakimiyyətə gələn Əhməd əş-Şəraa hökuməti Rusiyanın “Stroytransgaz” şirkəti ilə Tartus limanının idarə olunması ilə bağlı investisiya müqaviləsini ləğv edib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar