SON XƏBƏRLƏR

Rəisini daşıyan helikopter qəzasında həlak olmasının ildönümüdür

2025.05.19, 14:23
Rəisini daşıyan helikopter qəzasında həlak olmasının ildönümüdür

İranın keçmiş Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlakolmasının ildönümüdür.

Gunaz.tv

Qəza 19 may 2024-cü ildə Şərqi Azərbaycanın Dizmar meşəsi səmasında baş verib.

İbrahim Rəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə sərhəddə görüşdən qayıtdığı zaman baş verən qəzada onunla yanaşı, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhməti, helikopter pilotu, pilot köməkçisi və Rəisinin mühafizədəstəsinin başçısı da həyatlarını itiriblər.

Rəsmi məlumatlarda qəzanın əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi bildirilib.

Bəzi qeyri-rəsmi mənbələr və İran hökumətinə müxalif qruplar İbrahim Rəisinin SEPAH tərəfindən öldürüldüyünü iddia ediblər.

Onların fikrincə, bu, Əli Xaməneidən sonra onun oğlu Müctəba Xaməneinin ölkə rəhbəri təyin edilməsinə zəmin yaratmaq məqsədi daşıyıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar