SON XƏBƏRLƏR

Türkmən sənətçinin çıxışına icazə verilmədi

2025.05.20, 16:00
Türkmən sənətçinin çıxışına icazə verilmədi

İran İslami İrşad İdarəsi Şimalı Xorasan əyalətinin Bocnurd şəhərində yaşayan türkmən şair və müğənni Rəsul Abbaszadənin çıxış və oxumasına icazə verməyib.

Gunaz.tv

Bu barədə sənətçi sosial media hesabında məlumat yayıb.

"Bundan əvvəl rəsmi icazə ilə keçirilməsi qərara alınan mədəni tədbirdə çıxışçı və ifaçı kimi adım qeyd olunsa da, son anda adım siyahıdan çıxarılb",- Abbaszadə yazıb.

O, dövlət qurumunun barəsində irəli sürdüyü ittihamdan şox olduğunu bildirib:

"Heç bir miliyyətçi fəaliyyətim olmadığı halda məni pantürkizmdə günahlandırmalarından şok oldum. Bu mənə qarşı baş verən ilk təzyiq deyil və bundan əvvəl də mədəni tədbirlərdə çıxış və famın qarşısı alınıb".

Türkmən muğənni bunu yalnız özünə qarşı deyil, türkmən musiqi və sənətinə qarşı ayrı-seçkiliyin nümunəsi olduğunu bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar