SON XƏBƏRLƏR

107 yardım maşını Qəzzaya daxil oldu

2025.05.23, 12:38
107 yardım maşını Qəzzaya daxil oldu

İsrail mediası dünən qida və tibbi ləvazimat daşıyan 107 yardım maşınının Qəzzaya daxil olduğunu bildirib.

Gunaz.tv

Israil Müdafiə Nazirliyinin tərkibindəki Ərazilərdə Hökumət Fəaliyyətləri Koordinatoru (COGAT) bölməsi dünən humanitar yardım daşıyan 107 yük maşınının Qəzza zolağına daxil olduğunu açıqlayıb.

İsrail martın 2-dən bəri fasilədən sonra Qəzzaya yardım çatdırılmasını bazar ertəsi bərpa edib.

Ərazilərdə Hökumət Fəaliyyətləri Koordinatoru bölməsindən bildirilib ki, yardımın çatdırılması “peşəkar İsrail Silahlı Qüvvələrinin rəsmilərinin tövsiyəsi əsasında və siyasi eşelonun direktivinə uyğun olaraq” həyata keçirilir. Humanitar yardıma un, qida, əczaçılıq dərmanları və tibbi avadanlıq daxildir.

Humanitar yardım Kerem Şalom keçidi vasitəsilə Qəzzaya girməzdən əvvəl ilk olaraq İsrail səlahiyyətliləri tərəfindən yoxlamadan keçib.

BMT rəsmiləri deyirlər ki, yardım qrupları təhlükəsizlik, talan riski və İsrail hakimiyyət orqanları ilə koordinasiya problemləri səbəbindən yardımın paylanmasında ciddi çətinliklərlə üzləşiblər.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar