SON XƏBƏRLƏR

Zaxarova Lavrovun Ermənistana səfəri zamanı Rusiya əleyhinə keçirilən etiraz aksiyalarından danışıb

2025.05.27, 14:13
Zaxarova Lavrovun Ermənistana səfəri zamanı Rusiya əleyhinə keçirilən etiraz aksiyalarından danışıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Ermənistana səfəri zamanı İrəvanda Rusiya əleyhinə keçirilən etiraz aksiyalarından danışıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, Zaxarova həmin aksiyaların sifarişçilərinin Moskvaya məlum olduğunu söyləyib.

"Biz səfərdən öncə də bu performansa münasibət bildirmişdik. Həmin sifarişçilərdir, həmin pullar və həmin mənbələrdir. Burda kimdənsə nəyisə dəqiqləşdirməyə ehtiyac yoxdur. Bunu edənlər postsovet ölkələrinin arasını vurmaq istəyənlərdir. Biz nəyi aydınlaşdırmalıyıq, bu aksiyalara xərclənən kiminsə 3 qəpiyinimi?" - deyə Rusiya XİN sözçüsü Moskvanın İrəvandan bu aksiya ilə bağlı aydınlaşdırma tələb edib-etməməsinə dair suala cavabında bildirib.

Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov mayın 21-22-də İrəvana işgüzar səfəri öncəsi İrəvanda körpüdən Rusiya prezidenti Vladimir Putinin üzərinə "qatil" yazılmış fotosu və Ukrayna müharibəsinə dair yazının əks olunduğu böyük plakat asılıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar