SON XƏBƏRLƏR

Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir

2025.05.28, 14:34
Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir

Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahib ölkədir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündə danışıb.

O çıxışında Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

"Bu gün qardaş və dostlarımla bir məkanda olmaqdan böyük şərəf duyuram. Laçında birgə dalğalanan Azərbaycan, Türkiyə, Pakistan bayraqlarını görmək insanın içini qürur hissi ilə doldurur. Biz tərəfdaşlığımızı daha da irəli daşımaq arzusundayıq. Çünki bizim birgə dəyərlərə əsaslanan dərin tarixi əlaqələrimiz var. Qarabağ, Kəşmir və Şimali Kiprlə bağlı biz birgə mövqedən çıxış edirik”, - o qeyd edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar