SON XƏBƏRLƏR

Urmu gölünü boş vədlər bərpa etməyəcək- Millət vəkili

2025.05.30, 17:16
Urmu gölünü boş vədlər bərpa etməyəcək- Millət vəkili

Boş vədlər və nəticəsiz görüşlər Urmu gölünün bərpasına kömək etməyəcək; əməli tədbirlər gündəmə gətirilməlidir.

Gunaz.tv

Bunu Urmiyanın İran parlamentindəki nümayəndəsi Salamn Zakir deyib.

O, Urmu gölünün bərpa olunmayacağı təqdirdə bölgədə milyonlarla insanın həyatının təhlükəyə düşəcəyi barədə xəbərdarlıq edib.

Millət vəkilinin bu xəbərdarlığı həm də Urmu gölünün əsas su təminatçılarından biri olan Cığatı çayının quruması ilə eyni vaxta təsadüf edir.

Saqqız dağlarından qaynaqlanan 240 kilometr uzunluğu olan Cığatı çayı, Sayınqala (Şahindej) rayonundan və Qoşaçay (Miyandab) düzənliyindən keçərək Urmu gölünə tökülür.

Çayın quruması ilə onsuzda acınacaqlı vəziyyətdə olan Urmu gölündə yay aylarında ekoloji problemin dahada dərinləşəcəyi gözlənilir.

Qeyd edək kİ, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Hazırda isə göldə mövcud olan suyun miqdarı 1 milyard 570 milyon kubmetr, gölün sahəsi isə 1140 kvadrat kilometrdir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar