SON XƏBƏRLƏR

İsveç Rusiya ilə ikitərəfli əlaqələri dayandırdı

2025.05.31, 09:37
İsveç Rusiya ilə ikitərəfli əlaqələri dayandırdı

İsveç Rusiya ilə ikitərəfli siyasi əlaqələri dondurub. Ticarət, mədəniyyət və idman sahəsində də əlaqələr sıfıra endirilib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev "RİA Novosti"yə müsahibəsində bildirib .

Onun sözlərinə görə, hazırda Moskva ilə Stokholm arasında münasibətlər çətin dövrünü yaşayır. Diplomat baş verənləri Rusiya ilə kollektiv Qərb arasında ümumi geosiyasi gərginliyin lokal proyeksiyası adlandırıb.

Belyaev vurğulayıb ki, İsveç Avropa İttifaqının və NATO-nun üzvü kimi Rusiyaya münasibətdə qeyri-dost siyasət yürüdür.

Rusiya diplomatik missiyasının rəhbəri əlavə edib ki, iki ölkə arasında dövlətlərarası münasibətlərin əsas məqsədi indi qarşılıqlı diplomatik mövcudluğu saxlamaqdan ibarətdir.

Belyaev xatırladıb ki, Rusiyanın Stokholmdakı səfirliyi hətta İkinci Dünya Müharibəsi (1939-1945) zamanı da bağlanmayıb, Avropadakı azsaylı sovet diplomatik nümayəndəliklərindən biri olaraq qalıb. Rusiya tərəfi diplomatiyanın “mümkün olanın sənəti” olduğuna əsaslanaraq, hətta ən çətin şəraitdə də işi davam etdirməyi vacib hesab edir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar