SON XƏBƏRLƏR

Suriya kürdlərinin nümayəndəsi: Ərdoğanla görüşmək istərdim

2025.05.31, 09:38
Suriya kürdlərinin nümayəndəsi: Ərdoğanla görüşmək istərdim

PKK-ya bağlı "Suriya Demokratik Qüvvələri" (SDQ) Türkiyə ilə birbaşa əlaqə saxlayır.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu SDQ komandiri Məzlum Abdi “Shams TV” kanalına danışarkən bildirib.

Onun sözlərinə görə, SDQ-nin Türkiyə ilə həm birbaşa, həm də vasitəçilər vasitəsilə əlaqələri var.

Abdi münasibətlərin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib, həmçinin "Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşməyə etiraz etmədiyini" qeyd edib.

Xatırladaq ki, martın 10-da "Suriya Demokratik Qüvvələri" ilə Suriya hökuməti arasında aparılan danışıqlar nəticəsində razılaşma əldə olunub. Razılaşma Suriya Prezidenti Əhməd Şaraa ilə SDQ lideri Fərhad Abdi Şahin arasında baş tutan görüşdə imzalanıb. Tərəflər siyasi təmsilçilik, kürd icmasının statusu, atəşkəs və hərbi inteqrasiyanı əhatə edən hərtərəfli razılığa gəliblər. Bununla SDQ-nin Suriya ordusuna inteqrasiyası razılaşdırılıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar