SON XƏBƏRLƏR

AZAL Təbrizə reys açır

2025.06.03, 11:23
AZAL Təbrizə reys açır

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) marşrut şəbəkəsini genişləndirərək iyunun 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq.

Gunaz.tv

Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması iki şəhər arasında səyahət imkanlarını genişləndirir, mədəni və iqtisadi əlaqələrin inkişafına şərait yaradır.

Qeyd edək ki, biletlər bu gün satışa çıxarılacaq.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar