SON XƏBƏRLƏR

İran Amerika ilə saziş bağlamağa hazırdır - Media

2025.06.04, 09:36
İran Amerika ilə saziş bağlamağa hazırdır - Media

Tehran uranın zənginləşdirilməsi üzrə regional konsorsiumun təşkili ilə bağlı Amerika ilə saziş bağlamağa hazırdır.

Gunaz.tv

Bununla bağlı “Axios” portalı məlumat yayıb.

Portalın məlumatına görə Tehranın şərti konsorsiumun İran ərazisində yerləşməsidir.

“İran uranın zənginləşdirilməsi üçün regional konsorsium yaratmaq ideyası əsasında Amerika ilə nüvə sazişi bağlamağa hazırdır, bir şərtlə ki, o, İran ərazisində yerləşsin”, - məlumatda deyilir.

“Axios”un mənbələri bildirir ki, Vaşinqton konsorsiumun obyektlərinin İrandan kənarda yerləşməsini istəyir.

Amerika prezidenti Donald Tramp isə bildirib ki, yeni nüvə sazişi əldə olunarsa, onun administrasiyası İrana uranı zənginləşdirməyə icazə verməyəcək.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar