SON XƏBƏRLƏR

Mirzoyan Azərbaycanla sülh sazişinin imzalanmasına qarşı çıxanları sərt tənqid edib

2025.06.05, 15:44
Mirzoyan Azərbaycanla sülh sazişinin imzalanmasına qarşı çıxanları sərt tənqid edib

Ermənistan Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasına ümid edir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında bildirib.

Bununla yanaşı, o, parlamentdə Bakı ilə sülh müqaviləsinin bağlanmasına qarşı çıxan müxalifət nümayəndələrini kəskin tənqid edib.

"Yaxşı, sülh müqaviləsindən imtina edək, bu və ya digər bəndlərlə razılaşmayaq, ümumiyyətlə, Azərbaycanı, bütün qonşuları, bütün İslam dünyasını, hətta Okeaniyaya qədər - hamını özümüzə düşmən elan edək. Sonra nə olacaq? Hələ də sizdən vətənpərvərlik haqqında nitqlərdən başqa ağlabatan təkliflər eşitməmişik", - o bildirib.

A.Mirzoyan Bakı və İrəvanın sülh sazişi imzalayacağına ümidvar olduğunu bir daha ifadə edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar