SON XƏBƏRLƏR

Van rəhbərliyi iranlı qonaqlara görə xəbərdarlıq etdi

2025.06.06, 11:43
Van rəhbərliyi iranlı qonaqlara görə xəbərdarlıq etdi

Son günlər, xüsusən tətil günlərində iranlıların Türkiyənin Van şəhərinə axını artıb.

Gunaz.tv

Bununla bağlı Van şəhərinin bələdiyyəsi xəbərdarlıq edib.

Bildirilib ki, şəhərə iranlı turistlərin axını onların yerləşdirilməsində problemlər yaradıb.

"Qonaqlar Vana gəlmədən əvvəl hotellərdə yer olub-olmamasını dəqiqləşdirməlidirlər, əks halda bu onların yersiz qalacağı və ya daha yüksək vəsait xərcləmələrinə səbəb olacaq",- bələdiyyə bildirib.

Qeyd edək kİ, 2024-cü ildə Türkiyəyə səfər edən iranlı turistlərin sayı 3,2 milyona çatıb və Türkiyəyə daxil olan xarici turistlər arasında iranlılar dördüncü yerdədir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar