SON XƏBƏRLƏR

İran uranı zənginləşdirəcəyi təqdirdə fəsadlarla üzləşəcək - Tramp

2025.06.07, 10:06
İran uranı zənginləşdirəcəyi təqdirdə fəsadlarla üzləşəcək - Tramp

İran hakimiyyəti uranı zənginləşdirməməlidir, əks halda Amerikanın fəsadları ilə üzləşəcək.

Gunaz.tv

Bunu Amerika Prezidenti Donald Tramp Vaşinqtondan Nyu Cersi ştatına uçan təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.

Ondan İranın ali dini lideri Ayətullah Əli Xamneyinin ölkəsinin uranı zənginləşdirməyə qadir olmasının zəruriliyi barədə sözlərini şərh etməsi istənilib. "Onlar (uranı) zənginləşdirməyəcəklər. 

Zənginləşdirsələr, o zaman biz başqa cür hərəkət etməli olacağıq. Mən bunu başqa cür etmək istəmirəm, amma bizim seçimimiz olmayacaq. Zənginləşdirmə olmayacaq", - Tramp cavab verib.

Ancaq o, hansı addımlardan danışdığını dəqiqləşdirməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar