SON XƏBƏRLƏR

İranda tətilə görə 40 nəfər həbs edilib

2025.06.07, 13:19
İranda tətilə görə 40 nəfər həbs edilib

İranda yük maşınları sürücülərinin tətil elan etməsindən sonra, 40 nəfər həbs edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, saxlanılanlar arasında sürücülərlə yanaşı, onlara dəstək verən sosial media fəalları, mülki vətəndaşlar da var.

Onlara qarşı ittiham irəli sürülüb və barələrində cinayət işi açılıb.

Qeyd edək ki, sürücülərin tətili mayın 22-dən başlayıb və 150-dən çox şəhərə yayılıb.

Narazı sürücülər yanacaq kvotasının azaldılmasına, sığorta haqqının yüksək olması və yük daşıma tariflərinin az olmasına etiraz edirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar