SON XƏBƏRLƏR

İranın nüvə proqramı ilə bağlı gərgin müzakirə gözlənilir- Ulyanov

2025.06.08, 15:39
İranın nüvə proqramı ilə bağlı gərgin müzakirə gözlənilir- Ulyanov

Amerika və 3 Avropa ölkəsinin (Almaniya, Britaniya və Fransa) MAQATE-nin Rəhbərlər Şurasının iclasında qəbul edilməsi üçün təklif etdiyi qətnamə müsbət nəticə verməyəcək.

Gunaz.tv

Bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov özünün X hesabında yazıb.

"MAQATE-nin Rəhbərlər Şurasının iclası bazar ertəsi başlayacaq və İranın nüvə proqramı ilə bağlı "gərgin müzakirə" gözlənilə bilər",- o əlavə edib.

Ulyanov iddia edib ki, Amerika və üç Avropa ölkəsi İranın nüvə proqramı ilə bağlı qərar layihəsini İdarə Heyətinin iclasına təqdim etmək niyyətindədir "və bu, mütləq müsbət nəticə verməyəcək".

Qeyd edək ki, Amerika uranın zənginləşdirilməsi ilə bağlı irəli sürülən şərtləri qəbul etməyəcəyi təqdirdə, İranın ağır nəticələrlə üzləşəcəyini bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar