SON XƏBƏRLƏR

İran Amerikanın təklifinə cavab verəcək - Kamalvəndi

2025.06.09, 05:06
İran Amerikanın təklifinə cavab verəcək - Kamalvəndi

İran Amerikanın Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək təklifinə yaxın günlərdə cavab verəcək.

Gunaz.tv

Bunu İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndi deyib.

"İranın Amerikanın yazılı təklifinə cavabı demək olar, hazırdır və yaxın günlərdə təqdim olunacaq", - o deyib.

İyunun 1-də Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Amerika Prezidentinin elçisi Stiven Uitkoff İran hakimiyyətinə Tehranın nüvə proqramı ilə bağlı "ətraflı və məqbul təklif" göndərib. 

“Axios” portalının məlumatına görə, təklif İranın daha sonra müəyyən olunacaq müddət ərzində uranı aşağı səviyyəyə qədər zənginləşdirməyə davam edə biləcəyini nəzərdə tutur. 

İyunun 7-də isə Amerika Prezidenti Donald Tramp İranın uranı zənginləşdirməməli olduğunu, əks təqdirdə Tehranın ağır nəticələrlə üzləşəcəyini deyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar