SON XƏBƏRLƏR

İran yeni zənginləşdirmə mərkəzi qurur

2025.06.12, 16:29
İran yeni zənginləşdirmə mərkəzi qurur

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) qərarına cavab olaraq, təhlükəsiz yerdə yeni zənginləşdirmə mərkəzinin işə salınması barədə əmr verib.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatının birgə bəyanatında bildirilib.

"Bu qətnamənin təsdiqi bizi əməkdaşlıq siyasətinin əks nəticə verməsi qənaətinə gətirir. İranın bu siyasi qətnaməyə cavab verməkdən başqa çarəsi yoxdur və bu baxımdan, təhlükəsiz yerdə yeni zənginləşdirmə mərkəzinin işə salınması, Fərdoda birinci nəsil sentrifuqaların qabaqcıl altıncı nəsil sentrifuqlarla əvəzlənməsi üçün lazımi əmrlər verilib”,- bəyanatda qeyd olunub.

Qeyd edək ki, bu gü Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurası İranın nüvə proqramına qarşı qətnamə qəbul edib. 

Bu gün Almaniya, İngiltərə və Fransanın təklif etdiyi qətnamə 19 lehinə, 11 bitərəf və cəmi 3 səs əleyhinə olmaqla təsdiq edilib. 

Rusiya, Çin və Burkina Faso qətnamənin əleyhinə səs verib.

Bu, Rəhbərlər Şurasının son üç ildə İslam Respublikası əleyhinə qəbul etdiyi üçüncü qətnamədir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar