SON XƏBƏRLƏR

Tramp: Makron həmişə hər şeyi səhv başa düşür

2025.06.17, 10:58
Tramp: Makron həmişə hər şeyi səhv başa düşür

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın Kanadadan Amerikaya qayıtmasının səbəbini bilmir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, Tramp bu barədə “Truth Social” şəbəkəsində yazıb.

"Diqqət çəkməyə çalışan şəxs səhvən bildirib ki, mən G7 sammitini Vaşinqtona qayıdaraq İsrail və İran arasında "atəşkəs" üzərində işləmək üçün tərk etmişəm. Bu, doğru deyil! O, mənim Vaşinqtona niyə getdiyimi bilmir, amma bunun, əlbəttə ki, atəşkəslə heç bir əlaqəsi yoxdur. Məsələ daha ciddidir. Emmanuel həmişə hər şeyi səhv başa düşür", - o qeyd edib.

Daha əvvəl verilən məlumata görə, G7 sammitində iştirak etmək üçün Kanadada olan Amerikanın dövlət katibi Marko Rubio da ölkəni vaxtından əvvəl tərk edərək Amerikaya qayıdacaq.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar