SON XƏBƏRLƏR

İsrail qırıcıları İranda 40 hədəfə zərbə endirib

2025.06.19, 10:39
İsrail qırıcıları İranda 40 hədəfə zərbə endirib

İsrail Hərbi Hava Qüvvələri ötən gecə 40 qırıcı təyyarəsi və 100-dən çox sursatla Tehran, Ərak, Nətənz və İranın digər bölgələrində onlarla hərbi obyekti vurub.

Gunaz.tv

Bu haqda İsrail Ordusu məlumat yayıb.

"Zərbələr Ərak nüvə reaktoru və plutonium istehsalı ilə bağlı obyektləri hədəf alıb. Nətənz bölgəsində nüvə silahının hazırlanması üçün istifadə olunan sayta da hücum edilib",- məlumatda bildirilib.

İsrail hərbçilərinin məlumatına görə, hücumlar zamanı İranın ballistik raket komponentləri, hava hücumundan müdafiə sistemləri, raket anbarları, radarlar və kəşfiyyat avadanlıqları istehsal edən fabriklər də məhv edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar