SON XƏBƏRLƏR

"Casusluq"- İran məhkəməsi cəzaları sərtləşdirdi

2025.06.24, 13:26
"Casusluq"- İran məhkəməsi cəzaları sərtləşdirdi

Atəşkəs elan edildikdən dərhal sonra İran məhkəməsi İsraillə müharibə ilə bağlı ittihamlara görə həbs edilən vətəndaşlara cəza növlərini sərtləşdirmək üçün “casusluq” qanununa dəyişiklikləri elan edib.

Gunaz.tv

Bu haqda İran ədliyyə sisteminin sözçüsü Əsgər Cahangiri açıqlama verib.

"Mövcud casusluq qanunu ümumi xarakter daşıyır və bugünkü hadisələrin bir çox nümunələrini əhatə etməyə bilər”,- o deyib.

Cahangiri daha sonra bildirib ki, İran parlamenti qanun layihəsi təqdim etməklə məhkəmə, kəşfiyyat və hərbi hakimiyyət orqanlarına “sızanları və casusları” ibrət dərsi verəcək şəkildə cəzalandırmaq səlahiyyəti verib.

Cahangirinin açıqlamasından sonra insan haqları təşkilatları İran hökumətinin yeni edam dalğası başladacağı barədə xəbərdarlıq bəyanatları yayıblar.

Onlar beynəlxalq ictimaiyyəti İranda insan haqları ilə bağlı məsələlərə diqqəti artırmağa çaöırıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar