SON XƏBƏRLƏR

Musəvidən zarafat kimi bəyanat: "ABŞ bizə yalvardı"

2025.06.26, 17:06
Musəvidən zarafat kimi bəyanat: "ABŞ bizə yalvardı"

Amerika liderləri bəzi region ölkələri vasitəsilə yalvardılar və praktiki olaraq İslam Respublikasının iradəsinə təslim oldular.

Gunaz.tv

Bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi deyib.

"Biz bir daha İsraili və onun havadarlarını xəbərdar edirik ki, onların hərəkətlərini diqqətlə izləyəcəyik və hər hansı strateji səhvi təkrar edərlərsə, təcavüzkarları tarixin qara dəliklərinə göndərəcəyik",- o əlavə edib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin iyunun 13-dən başlayaraq İrana endirdiyi zərbələr nəticəsində onlrla general öldürülb.

İranın hərbi-strateji obyektləri, nüvə təsisatları, hərbi hava və raket bazaları dağıdılıb.

Həmin müddət ərzində İsrail qırıcıları 1500 dəfə İran səmasında üçüb, müxtəlif bölgələrində 1480 nöqtəyə hücum zamanı 3500 bomba, sursat və raket buraxıb. Bu hücumlar zamanı İranın 260 lançeri tamamilə məhv olub, 80 hava hücumundan müdafi sisteminə zərbə endirilib.  

Bununla yanaşı ABŞ bombardımançılarının zərbələri nəticəsində İrann ən əhəmiyyətli nüvə obyekti olan Fordu məhv edilib.

Mütəxəssislər Tehran hökumətinin dəyən xəsarətləri illər boyu bərpa edə bilməyəcəyini bildirirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar