SON XƏBƏRLƏR

İranda daha iki "casus" həbs edildi

2025.06.27, 16:00
İranda daha iki "casus" həbs edildi

Bu gün İranın təhlükəsizlik və kəşfiyyat orqanlarının əməkdaşları Hormözqan əyalətində iki nəfəri həbs edib.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Kimliyi açıqlanmayan şəxslərin "İsrailə casusluq"da günahlandırıldıqları bildirilib.

İran mediası onlardan çox sayda rabitə avadanlıqlarının aşkarlanaraq götürüldüyünü yazıb.

Qeyd edək ki, son iki həftə ərzində İranda 800-ə yaxın insan “İsrailə casusluq” və ya “sosial media vasitəsilə İsrailin İrandakı əməliyyatlarına dəstək ifadə etmək” ittihamına görə saxlanılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar