SON XƏBƏRLƏR

İran komandirlərin dəfn mərasiminə görə ABŞ-dən icazə alıb- İddia

2025.06.28, 12:13
İran komandirlərin dəfn mərasiminə görə ABŞ-dən icazə alıb- İddia

Bu gün Tehranda İsrailin hava hücumları nəticəsində həlak olan 60-a yaxın "Sepah" komandirləri və nüvə alimlərinin dəfn mərasimi keçirilib.

Gunaz.tv

Bu haqda İran mediası məluamt yayıb.

Mərasimdə XİN başçısı Abbas Araqçı da daxil olmaqla bir sıra ölkə rəsmiləri qatılıb.

Hökumət işçiləri, xüsusən "Sepah" və "Bəsic" qüvvələri və ailələrinin qatıldığı dəfn mitinqində Amerika və İsrailə qarşı şüarlar səsləndirilib.

"Sazişə yox, təslimə yox, Amerika ilə müharibə" şüarları səsləndirilib.

Bir sıra xarici media orqanları İran hökumətinin bu günkü mərasimə İsrailin hücum etməyəcəyinə dair ABŞ-dan söz alıb.

İddialara görə, Tehran bununla bağlı Oman və Qətər vasitəsilə ABŞ hökumətindən xahiş edib.

Bildirilir ki, "Sepah"ın "Qüds" qüvvələrinin komandiri İsmayıl Qaani, Əli Xaməeinin müşaviri Əli Şəmxani və XİN başçısı Abbas Araqçının mərasimdə iştirakı, ABŞ-nin onlara toxunulmayacağı barədə vədindən sonra baş tutub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar