SON XƏBƏRLƏR

İnsan haqları fəalları İranda siyasi məhbuslara görə bəyanat yaydı

2025.06.28, 14:23
İnsan haqları fəalları İranda siyasi məhbuslara görə bəyanat yaydı

Bir qrup mülki və insan haqları fəalları edamların dayandırılmasını, siyasi və ideoloji məhbusların qeyd-şərtsiz azad edilməsini və təhlükəsizliklə qüvvələrinin təzyiqlərinə son verilməsini tələb ediblər.

Gunaz.tv

Bu haqda onların sosial mediada yaydığı bəyanatda bildirilib.

Bəyanat müəllifləri, Evin həbsxanasının məhbuslarının başqa yerlərə köçürülməsindən sonra bir çox məhbus ailələrinin yaxınlarının vəziyyətindən və harada saxlanılmasından xəbərsiz olduqlarını bildiriblər.

"Evin həbsxanasının ümumi palatalarından olan məhbuslar Tehran ətrafındakı həbsxanalara köçürülüb və ağır, qeyri-insani və dözülməz şəraitdə saxlanılır.

Həmçinin, əvvəllər mühafizə kameralarında və ya karserdə saxlanılan məhbusların vəziyyəti ilə bağlı rəsmi məlumat verilməyib”,- insan haqları fəalları yazıblar.

Bəyanatı Cəfər Pənahi, Nahid Təqavi, Məhəmməd Həbibi, Məhəmməd Rəsulof və Nargiz Məhəmmədi kimi tanınmış ziyalı və hüquq müdafiəçiləri imzalayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar