SON XƏBƏRLƏR

İran dini mərasimləri siyasi nümayişlərə çevirib

2025.07.01, 10:33
İran dini mərasimləri siyasi nümayişlərə çevirib

Məhərrəm ayının başlaması ilə İranda ənənəvi dini mərasimlər əvvəlki illərdən daha fərqli keçirilməyə başlayıb.

Gunaz.tv

Bu haqda yerli mənbələrin paylaşımlarında məlumatlar yayılıb.

Məlumatla görə, bundan əvvəl də dini mərasimlərdən siyasi mqəsədlər üçün istifadə edən Tehran hökuməti bu dəfə bunu daha qabarıq şəkildə həyata keçirir.

"Bir neçə gün əvvəl İsrailin İranın nüvə və hərbi obyektlərinə hava hücumlarından sonra məhərrəmliklə bağlı keçirilən əzadarlıq mərasimləri daha çox siyasi nümayiş təsiri bağışlayır",- yerli mənbələr bildirirlər.

Onların sözlərinə görə, hakimiyyətin təşkil etdiyi əzadarlıq mərasimlərində İsrailə qarşı şüarlar səsləndirilir, məsələnin dini mahiyyəti kölgədə qalır:

"Bu səbəbdən də bundan əvvəlki illərdə mərasimlərdə fəal ştirak edən bir sıra şəxslər bu ilki əzadarlıqlara qatılmır".

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar