SON XƏBƏRLƏR

Amerikada "Sepah" üzvü həbs edilib

2025.07.01, 12:33
Amerikada "Sepah" üzvü həbs edilib

Amerikanın səkkiz ştatında 11 İran vətəndaşı həbs edilib. 

Gunaz.tv

Bu haqda "Wall Street Journal" Amerika İmmiqrasiya və Gömrük Mühafizəsi İdarəsinə istinadən yazıb.

"Saxlanılanlardan biri İnqilab Keşikçiləri Korpusunun keçmiş üzvüdür və Amerika rəsmilərinin bildirdiyinə görə, Livan Hizbullahı ilə əlaqələrini etiraf edib",- məlumatda bildirilib.

Həbs edilən daha bir şəxsin adı terrorçuluqda şübhəli bilinənlər siyahısındadır.

Qeyd edək ki, son günlər Amerikada qeyri-qanuni yaşayan 130 İran vətəndaşı həbs edilib. 

Bu, İranın nüvə proqramına hücumlardan sonra Amerikada təhlükəsizliklə bağlı artan narahatlıqlar fonunda həyata keçirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar