SON XƏBƏRLƏR

Ərdəbildə tarixi abidələrin çoxu dağılıb

2025.07.02, 11:39
Ərdəbildə tarixi abidələrin çoxu dağılıb

Ərdəbil şəhərində tarixi abidələrin, xüsusən Səfəvilər və Qacarlar dövrünə aid olan nümunələrin çoxu ya dağılıb və ya dağılmaq üzrədir.

Gunaz.tv

Bu haqda yerli mədəni fəallar sosial mediada məlumat yayıblar.

Onların sözlərinə görə, tarixi Vahabzadə evi, İsmayıl bəy evi, Vəkil evi, Xadim başı binası, Mənsuri evi, bir neçə tarixi hamam və başqa memarlıq nümunələrinin çoxu məhv olub.

"Bəzi abidələrin təmirinə başlanılsa da, bu sahəyə büdcə ayrılmadığına görə qalan abidələr taleyin ümidinə buraxılıb",- mədəni fəallar yazıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar