SON XƏBƏRLƏR

Belçika parlamenti SEPAH-ı terror təşkilatı kimi tanıdı

2025.07.03, 11:27
Belçika parlamenti SEPAH-ı terror təşkilatı kimi tanıdı

Belçika parlamentinin komitəsi Avropa İttifaqını İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağıran qətnaməni təsdiqləyib.

Gunaz.tv

Bu barədə millət vəkili Dərya Səfai məlumat verib.

İran əsilli millət vəkili Səfai qərarın SEPAH-ı beynəlxalq terrorizm və daxili repressiyadakı roluna görə məsuliyyətə cəlb etmək üçün mühüm addım olduğunu deyib.

"Belçika Avropada bu addımı açıq şəkildə atan ilk ölkələrdən biridir." - deyə o öz sosial media hesabında yazıb.

O əlavə edib ki, qətnamə həm də “Əhmədrza Cəlalinin qeyd-şərtsiz və dərhal azad edilməsini” və İran hakimiyyəti tərəfindən həyata keçirilən edamlara son qoyulmasını tələb edir.

Qeyd edək ki, İsveç vətəndaşı olan akademik Cəlali 2016-cı ildə İranda həbs edilib və növbəti il ​​İsrailə casusluq ittihamı ilə edam cəzasına məhkum edilib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar