SON XƏBƏRLƏR

İranın Baş Prokuroru sosial media fəallarını hədələdi

2025.07.10, 10:06
İranın Baş Prokuroru sosial media fəallarını hədələdi

İsraillə 12 günlük müharibə dövründə kiber məkanda ölkənin imicini korlamaq istəyən şəxslərə qarşı ciddi tədbirlər görüləcək.

Gunaz.tv

Bunu İran Baş Prokuroru Məhəmməd Müvəhhidi Azad deyib.

"Bu şəxslərin barəsindəki işlər məhkəmə sisteminin gündəmindədir və ittihamlar görə ciddi cəzalar veriləcək",- o əlavə edib.

Movahedi Azad həmçinin sosial media fəallarını hədələyərək deyib ki, “hər hansı şəkildə qaydaları pozan və İslam Respublikasına zərər vurmaq niyyətində olan hər kəs qanuna uyğun şəkildə cəzalandırılacaq və mühakimə olunacaq”.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurması zamanı və ondan sonrakı müddətdə İranda 1500-dən çox şəxs həbs edilib, onların bir çoxu barəsində "İsrailə casusluq" ittihamı irəli sürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar