SON XƏBƏRLƏR

Lavrov və Si Cinpin Putinin Çinə səfərinə hazırlığı müzakirə edib

2025.07.15, 11:11
Lavrov və Si Cinpin Putinin Çinə səfərinə hazırlığı müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrov və Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiya lideri Vladimir Putinin Çinə səfərinə hazırlığı müzakirə ediblər.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

Rusiya dövlət başçısının ŞƏT sammitində və militarist Yaponiya üzərində Qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Çin Xalq Respublikasına səfərinin hazırlığı da daxil olmaqla, yüksək səviyyədə ikitərəfli siyasi təmasların bir sıra məsələləri müzakirə edilib.

Si Cinpin ikitərəfli münasibətlərin vəziyyətini yüksək qiymətləndirib və Rusiya ilə hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətin daha da artırılmasına diqqət yönəltdiyini təsdiqləyib.

“Rusiya tərəfindən beynəlxalq və regional gündəliyin ayrıca aktual mövzularına da toxunulub”, - Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar