SON XƏBƏRLƏR

İranda on minlərlə müəllim çatışmır

2025.07.21, 13:50
İranda on minlərlə müəllim çatışmır

Hazırda ölkə üzrə ən azı 130-140 min müəllim çatışmır.

Gunaz.tv

Bu haqda İranın təhsil naziri Əlirza Kazimi danışıb.

Problemin bir neçə ildir davam etdiyini deyən nazir, cari təhsil ili üçün müəllim çatışmazlığının yalnız 20%-nın aradan qaldırıldığını söyləyib.

Bir müddət əvvəl isə İranın "Məclis" araşdırmalar mərkəzinin rəhbəri Babək Niqəhdari hazırda İranda 176 min müəllimin çatışmadığını, cari təhsil ili başlayana kimi daha 72 min müəllimin təqaüdə çıxması ilə bu rəqəmin 248 min nəfərə çatacağını deyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar