SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda su böhranı şiddətlənəcək

2025.07.22, 14:36
Şərqi Azərbaycanda su böhranı şiddətlənəcək

Qarşıdakı bir ay ərzində Şərqi Azərbaycan əyalətində quraqlıq və su çatışmazlığı böhranı dahada şiddətlənəcək.

Gunaz.tv

Bu haqda əyalətin Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə xəbərdarlıq edib.

"Cari yağış ilində yağıntılarda 30% azalma qeydə alınıb, bununla yanaşı Təbriz başda olmaqla bir çox bölgələri su ilə təmin edən anbarlar və bəndlərdə su miqdarı da 65% azalıb və bu səbəbdən qarşıdakı aylarda Şərqi Azərbaycanda bu sahədəki böhran dərinləşəcək",- o bildirib.

Qafarzadə son 5 ildə davalı quraqlıq olduğuna diqqət çəkərək, bunun qarşıdakı ildə də davam edəcəyini söyləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar