SON XƏBƏRLƏR

İrandakı yanğınlar təxribatdır- “The New York Times”

2025.07.23, 13:49
İrandakı yanğınlar təxribatdır- “The New York Times”

12 günlük İran-İsrail müharibəsindən sonra İranın müxtəlif bölgələrində baş verən partlayış və yanğınlar təxribatdır.

Gunaz.tv

Bunu “New York Times” qəzeti biri SEPAH komandiri olmaqla adı açıqlanmayan üç İran mənbəsinə istinadən yazıb.

"İran rəsmiləri bunun arxasında İsrailin olduğunu bilsələr də bu haqda açıqlama vermirlər. İsrailin müharibədən əvvəl də İranda bu tip əməliyyatlar keçirməsi barədə kifayət qədər məlumatlar var",- qəzey əlavə edib.

Qeyd edək ki, İsraillə 12 günlük müharibənin ardınca tətbiq olunan atəşkəsdən sonra, İranın müxtəlif şəhərlərində onlarla partlayış və yanğınlar baş verib.

İran rəsmiləri bunun əksəriyyətinin "qaz sızması" nəticəsində meydana gəldiyini iddia edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar