SON XƏBƏRLƏR

İran və Rusiya kriminal birlik yaradıblar- Andrey Sibiqa

2025.07.23, 14:53
İran və Rusiya kriminal birlik yaradıblar- Andrey Sibiqa

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə israilli həmkarı Gideon Saar ilə görüşündə İran təhlükəsi ilə bağlı ayrı-ayrı danışıqlar aparmaq barədə razılığa gəldiklərini açıqlayıb.

Gunaz.tv

"Bu gün ölkələrimiz ümumi təhlükəsizlik problemləri ilə üz-üzədir. İran və Rusiya təkcə bizim üçün deyil, həm də qlobal təhlükəsizliyə ekzistensial təhdiddir", - Sibia bildirib.

O, İranın regionda sabitliyi pozmaqda davam etdiyini və nüvə proqramını inkişaf etdirməyə çalışdığını vurğulayıb.

"İran və Rusiya bir-birini dəstəkləyən və bütün azad dünyaya təhlükə yaradan cinayətkar rejimlərin vahid ittifaqı kimi bir araya gəliblər. Bu təhdidlər qarşısında biz ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik", - Ukrayna rəsmisi əlavə edib.

İsrailin XİN başçısı Gideon Saar isə 12 günlük müharibə zamanı İranın Ukraynaya qarşı müharibədə istifadə olunan PUA təsisatlarına zərbələr endirdiklərini söyləyib.

İran rejiminin hava hücumundan müdafiə sistemlərinin məhv edildiyini və İsrail hava qüvvələrinin İran səmasında sərbəst fəaliyyət göstərdiyini bildirən Saar, lazim olsa Tehrana qarşı yenidən tədbir görəcəklərini söyləyib:

"Biz İranın nüvə ambisiyalarını davam etdirməsinə və ya terrorizmi alovlandırmasına icazə verə bilmərik. Beynəlxalq ictimaiyyət qətiyyətlə hərəkət etməlidir. Mən Avropa ölkələrini sanksiyaların qaytarılması mexanizmini indi işə salmağa çağırıram".

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar