SON XƏBƏRLƏR

Tufarqanın kimiya zavodunda partlayış olub

2025.08.03, 13:33
Tufarqanın kimiya zavodunda partlayış olub

Şərqi Azərbaycan əyalətinin Tufarqan (Azərşəhr) rayonunun "Əxi Cahan" kimya zavodunda güclü partlayış və ardınca yanğın olub.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, partlayış və geniş miqyaslı yanğının qarşısını almaq üçün Tufarqan, Təbriz, Üskü, Qoqan və Mamaqan şəhərlərinin yanğınsöndürənləri hadisə yerinə göndərilib.

Saatlarla davam edən əməliyyatdan sonra yanğın nəzarət altına alınsa da, zavodun anbarında böyük kiqdarda kimyəvi maddələrin mövcüdlüğü nəzərə alınaraq, ekoloji təhlükələr və ikinci dərəcəli partlayışların baş verəcəyi ehtimalının olduğu bildirilib.

Yerli hakimiyyət orqanları yaxınlıqdakı sakinlərdən hadisə yerindən uzaq durmağı və növbəti xəbərdarlığa qədər hadisə yerinə yaxın ərazidə hərəkət etməməyi tövsiyə ediblər.

Rəsmi məlumatlarda insan tələfatının olmadığı bildirilsə də, yerli şahidlər hadisə yerinə çox sayda təcili tibbi yardım maşınlarının cəlb olunduğunu deyiblər.

Partlayış və yanğının səbəblərinin araşdırıldığı bildirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar