SON XƏBƏRLƏR

Təbrizli həkimlər dünya səviyyəli uğura imza atdılar

2025.08.05, 13:53
Təbrizli həkimlər dünya səviyyəli uğura imza atdılar

Təbriz şəhərinin cərrahları dünyada üçüncü dəfə olaraq kəsilmiş əlin uğurlu transplantasiyası əməliyyatını keçiriblər.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Ortopediya mütəxəssisi və mikroskopik cərrah doktor Əli Behkam Rad, avqustun 4-ü günortadan sonra İranda nadir əl transplantasiyası əməliyyatının uğurla həyata keçirildiyini bildirib:

"Bu əməliyyatdan əvvəl kəsilmiş əlin dünyada iki dəfə ABŞ və Hindistanda uğurla transplantasiyası həyata keçirilib və biz dünyada üçüncü olaraq bu cərrahi əməliyyatı Təbrizdə uğurla həyata keçirdik".

Onun sözlərinə görə, bədbəxt hadisə nəticəsində bir yeniyetmənin əli tamamilə amputasiya olunub və təbrzli həkimlər onun əlini 6 saat davam edən çətin transplantasiya əməliyyatından sonra bərpa edə biliblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar