SON XƏBƏRLƏR

İran sülhə mane olur - Yəmən

2025.08.19, 11:09
İran sülhə mane olur - Yəmən

İran hökuməti hüsilərə dəstək verməklə BMT-nin nümayəndəsinin Yəməndə sülhün bərqərar olması istiqamətindəki səylərinə mane olur.

Gunaz.tv

Bunu Yəmənin xarici işlər naziri Camal Amir deyib.

“İran husiləri razılaşmanı rədd etməyə və müharibəni davam etdirməyə sövq etdiyinə görə sülh prosesi faktiki olaraq dalana dirənib”,- nazir bildirib.

O, İranın dəstəklədiyi husilərin müharibəni bitirmək fikrində olmadığını qeyd edib:

“Qanuni hökumət bütün təşəbbüslərlə razılaşıb, ancaq husilərin müharibəni bitirmək istəyi yoxdur, onlar müharibə üçün yaşayırlar. Yəmənə təhlükə davam etdikcə husilərə qarşı hərbi variant masada qalacaq".

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İran öz proksi qüvvələrini, o cümlədən Yəmən husilərini yenidən təchiz etməyə başlayıb.

Bir müddət əvvəl “The Wall Street Journal”ın yaydıöı məlumata görə, İran ABŞ və İsrailin hücumlarından sonra Yəməndəki husilərin silah ehtiyatlarını sürətlə doldurur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar