SON XƏBƏRLƏR

Avstriyanın Tehrandakı səfirliyi növbəti bildirişə qədər konsulluq xidmətlərini dayandırıb

2025.08.20, 13:35
Avstriyanın Tehrandakı səfirliyi növbəti bildirişə qədər konsulluq xidmətlərini dayandırıb

Avstriyanın Tehrandakı səfirliyi “aşılmaz maneələr” olaraq xarakterizə etdiyi mövcud vəziyyətə görə bütün konsulluq xidmətlərini növbəti bildirişə qədər dayandırdığını açıqlayıb.

Gunaz.tv

Avstriya Səfirliyi öz bəyanatında heç bir yeni müraciətin qəbul edilməyəcəyini və əvvəlki müraciətlərə hazırda baxıla bilməyəcəyini açıqlayıb.

Avstriya səfirliyi mövcud şəraitdə, hətta fövqəladə hallarda belə konsulluq yardımı göstərə bilməyəcəyini və baxılan işlərin vəziyyəti ilə bağlı heç bir məlumat verməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Bir neçə gün əvvəl Almaniya səfirliyi də Almaniyanın Tehrandakı səfirliyinin müvəqqəti olaraq ziyarətçilərin üzünə bağlandığını açıqlamışdı.

Buna baxmayaraq, bazar ertəsi İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Tehrandakı xarici səfirliklərin, o cümlədən Almaniya, Fransa və Böyük Britaniya səfirliklərinin bağlanması xəbərinin cəmiyyəti qızışdırmaq məqsədi daşıdığını və Tehrandakı üç səfirliyin heç birinin bağlanmadığını bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar