SON XƏBƏRLƏR

Azərbaycanlı jurnalistin məhkəməsi olub

2025.08.21, 10:13
Azərbaycanlı jurnalistin məhkəməsi olub

Kərəc şəhərində yaşayan jurnalist Ümid Fərağətin məhkəmə iclası keçirilib.

Gunaz.tv

Bu haqda onun özü məlumat yayıb.

İnqilab Məhkəməsinin 3-cü bölməsində keçirilən məhkəmə iclasında o, "ictimai rəyi çaşdırmaq" və "hökumətə qarşı təbliat" ittihamlarına görə müdafiə çıxışı edib.

O, barəsində irəli sürülən ittihamların əsassız olduğunu deyib.

Ümid Fərağət məhkəmənin son qərarının yaxın günlərdə elan ediləcəyini bildirib.

Qeyd edək ki, jurnalistin bundan əvvəl də tənqidi yazılarına görə 2 il müddətinə fəaliyyəti qadağa qoyulmuşdu.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar