SON XƏBƏRLƏR

Azərbaycan rəqsindən qorxurlar - Fərmandar

2025.08.28, 14:43
Azərbaycan rəqsindən qorxurlar - Fərmandar

Bəziləri ənənəvi Azərbaycan rəqsi ifa etməkdən qorxur, siz öz sənətinizi ifa edirsiniz və cahillərə qarşı müqavimət göstərin.

Gunaz.tv

Bunu Qaradağ Milli Qısa Teatr Festivalının açılış mərasimində Əhər şəhərinin fərmandarı (rayon başçısı) Sadiq Əhmədi deyib.

"Ənənələr qorunmalı, məhdud və dar düşüncəli cərəyanların yerli xalqların sənətlərinin yaranmasına və çiçəklənməsinə mane olmasına yol verilməməlidir",- o əlavə edib.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində mədəni tədbirin açılış mərasimində SEPAH-a bağlı radikal qrup Azərbaycan rəqsinin ifa olunmasına mane olmağa çalışıb.

Fərmandarın, mədəniyyət xadimlərinin və tədbir iştirakçılarının müdaxiləsi nəticəsində onları cəhdi baş tutmayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar