SON XƏBƏRLƏR

Husilərin baş naziri öldürüldü

2025.08.29, 11:56
Husilərin baş naziri öldürüldü

İsrailin Yəmənin Səna şəhərinə endirdiyi zərbələr nəticəsində İranın dəstəklədiyi husi silahlı qruplaşmasının (Ənsarllah) baş naziri Əhməd Qalib əl-Rahavi öldürülüb.

Gunaz.tv

Bu barədə Yəmən mediası məlumat yayıb.

Məlumata görə, zərbə əl-Rahavi evinə endirilib. Hücum zamanı onunla birlikdə bir neçə tərəfdaşı da ölüb.

"Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşətin şəxsi köməkçisi Əbdül Salam Əl-Munbehi və Yəmən ordusunun qərargah rəisi Məhəmməd Əl-Qəmmarinin ofisinin direktoru Səxr Əl-Şərhabi İsrailin dünənki hücumları zamanı bhəlak olublar",- məlumatda bildirilib.

Rəsmi mənbələr hücumla bağlı hələlik məlumat verməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar