SON XƏBƏRLƏR

Zaxarova: Zelenski sülh danışıqlarını sabotaj edir

2025.08.29, 14:20
Zaxarova: Zelenski sülh danışıqlarını sabotaj edir

Volodimir Zelenski Ukraynada danışıqlar prosesinin sabotajına və münaqişənin davam etdirilməsinə aparan addımlar atır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

“Zelenski sülh danışıqları prosesinin sabotajına və münaqişənin eskalasiyasına aparan addımlar atmağa davam edib”, - Zaxarova deyib.

Zaxarova diqqətə çatdırıb ki, Zelenski “itirilmiş əraziləri tanımaqdan imtina edib”.

Eyni zamanda, o qeyd edib ki, Zelenski “bu regionların sakinlərinin böyük əksəriyyətinin 2022-ci il referendumunun nəticələrindən sonra Rusiya ilə birləşmək iradəsini heçə sayır”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar