SON XƏBƏRLƏR

İranda həbsdə olan britaniyalı cütlük məhkəməyə aparılıb

2025.08.30, 10:00
İranda həbsdə olan britaniyalı cütlük məhkəməyə aparılıb

İran təhlükəsizlik məmurlarının həbs etdiyi britaniyalı cütlük Krig və Lindsi Formen Tehranda məhkəmə qarşısına çıxarılıblar.

Gunaz.tv

Bu haqda "Sky News" məlumat yayıb.

Bildirilib ki, cütlük gözlənilmədən və əvvəlcədən xəbər verilmədən məhkəmə qarşısına çıxarılıb.

Onların mühakimə prosesi və barələrində çıxarılan qərar barədə məlumat əldə etmək mümkün olmayıb.

Britaniyanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb:

"İki Britaniya vətəndaşının İranda casusluqda ittiham olunması ilə bağlı xəbərlərdən dərin narahatıq. Biz bununla bağlı birbaşa İran hakimiyyəti qarşısında məsələ qaldırmışıq və konsulluq xidmətləri göstərməyə və onların ailələri ilə sıx əlaqə saxlamağa davam edirik".

Qeyd edək ki, motosikletlə dünya turuna çıxan Krig və Lindsi Formen cari ilin yanvar ayında İranın Kirman əyalətindən keçdikləri vaxt saxlanılıblar.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar