SON XƏBƏRLƏR

Minlərlə işçi aclıq eyləminə balşladı

2025.09.03, 10:29
Minlərlə işçi aclıq eyləminə balşladı

Ərak Alüminium Şirkətinin 4 min işçisi aclıq eyləmi keçirir.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, işçilər insan hüquqlarının kobud şəkildə pozulmasına etiraz olaraq aclıq eyləminə başlayıblar.

Azad İşçilər Birliyi də bu gün yaydığı bəyanatda aclıq eyləminin həm də şirkətin dağıdılmasına görə keçirildiyini bildirib.

"İşçilərin tətilinin davam etməsinə baxmayaraq, şirkət rəhbərliyi və yerli rəsmilər onların haqlı və qanuni tələblərinə cavab vermir",- bəyanatda deyilir.

Narazı işçilər bildiriblər ki, onların etirazı təkcə maaş vəziyyəti və şirkət rəhbərliyi ilə məhdudlaşmır:

"Həm də iş yerlərində təhlükəsizliyin təmin olunmaması həyatımızı təhlükə altına alır".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar