SON XƏBƏRLƏR

Amuli yenə danışdı- Azərbaycan hökuməti bilməlidir ki...

2025.09.04, 09:43
Amuli yenə danışdı- Azərbaycan hökuməti bilməlidir ki...

Azərbaycan dövləti bilsin ki, dar gündə Amerika hökuməti yox, məhz İran azərbaycanlıları Azərbaycan Respublikasının çağırışına səs verəcək.

Gunaz.tv

Bunu İran rəhbəri Əli Xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Həsən Amuli deyib.

"Azərbaycan dövləti dəfələrlə İran azərbaycanlılarını öz xalqı kimi təqdim edib və özünü onların himayədarı hesab edib. Azərbaycan dövlətinin Trampı çox bəlağətli və heyrətamiz şəkildə tərifləməsi  İran azərbaycanlılarının ürəyini dağlayıb.
Buna görə də öz xalqını bu şəkildə təhqir edəcəyini gözləmirdik,- əyalət mollası bildirib.

Xaməneinin nümayəndəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Donald Trampın Nobel Sülh Mükafatına layiq olduğu barədə fikirni narahatlıqla qarşılayıb, bunun "İran azəri"lərini qəzəbləndirdiyini iddia edib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar