SON XƏBƏRLƏR

İranda intihar sayı artdı - Yeni mərkəz yaradılır

2025.09.09, 11:36
İranda intihar sayı artdı - Yeni mərkəz yaradılır

İranda intihar sayının artmasına görə “İntiharın Qarşısının Alınması Mərkəzi” yaradılır.

Gunaz.tv

Bu haqda Məsud Pezeşkianın qadın və ailə məsələləri üzrə müavini Zəhra Behruz-Azər məlumat verib.

"Hər birimiz intiharın azaldılmasına cavabdehik və ümid edirik ki, intihar sıfıra çatacaq",- o bildirib.

Behruz-Azərin sözlərinə görə, qadınlar kişilərdən iki dəfə çox intihara cəhd etsələr də, ölümlə nəticələnən intiharların sayı kişilər arasında daha çoxdur.

Behruz-Azər vətəndaşlar arasında baş verən intiharların səbəblərini dəqiq bilmədiklərini söyləyib.

Ekspertlər isə vətəndaşların fərdi, ictimai və siyasi azadlıqlarının məhdud olmasını, işsizlik, yoxsulluq və gələcəyə ümdsizliyi intiharların artmasının əsas səbəbi hesab edirlər.

Qeyd edək ki, rəsmi statistikaya görə, son 7 il ərzində intihara cəhd edən yüz minlərlə iranlının 40 mini özünə qəsd nəticəsində həyatını itirib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar