SON XƏBƏRLƏR

İran Nepala görə vətəndaşlarına xəbərdarlıq etdi

2025.09.10, 12:43
İran Nepala görə vətəndaşlarına xəbərdarlıq etdi

İranın Hindistandakı səfirliyi bütün İran vətəndaşlarına Nepala hər hansı səfərdən çəkinməyi və İranın Hindistan və Katmandudakı səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.

Gunaz.tv

Bu haqda İran XİN-i məlumat yayıb.

İran Səfirliyi həmçinin bu ölkədə olan İran vətəndaşlarını İranın Yeni Dehlidəki səfirliyinin konsulluq şöbəsi və İranın Katmandudakı Konsulluq Nümayəndəliyi ilə əlaqə saxlamağa dəvət edib.

Qeyd edək ki, Nepalda hökumətin Feysbuk, X və Yutub daxil olmaqla, 26 sosial media platformasını bloklamaq qərarına görə kütləvi etirazlar keçirilib.

Etirazçılar hökumət sarayını, televizya binasını yandırıb, baş nazir Ram Çandra Paudel istefa verib, onun həyat yoldaşı isə öldürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar